
"Qarabağ" Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə qazandığı çempionluq kubokunu Ağdama aparacaq.
Sportnet.az-ın məlumatına görə, bunu klubun vitse-prezidenti Tahir Gözəl Ağdamın icra hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşündə bildirib. "Neftçi" ilə oyunu izləmək üçün "Bakcell Arena"ya gələn Həsənov matçdan sonra Gözəllə görüşüb. O, çempionluq kubokunu doğma rayonda görmək istədiyini bildirib. Klub rəsmisi isə çempionatın baş mükafatını Ağdama aparacaqlarına söz verib.