“Qəbələ” klubu 2018/2019 mövsümündə UEFA Avropa Liqası, Azərbaycan Kuboku və Azəbaycan Premyer Liqasında ümumilikdə 35 oyun keçirib.
Sportnet.az xəbər verir ki, əyalət komandası 4-cü yeri tutduğu Premyer Liqada 28 matçda qüvvəsini sınayıb. “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov bu matçlarda 24 futbolçuya şans verib. Onlardan 3-ü – Urfan Abbasov, Ceyms Adeniyi və Stiven Monroz hamıdan çox - 25 dəfə meydana çıxıb. Çempionatda 2163 dəqiqə oynayan Abbasov komanda yoldaşlarını qabaqlayıb. 24 futbolçudan 13-ü matçların yarıdan çoxunda şans qazanıb.
Mövsüm ərzində 31 qol vuran “Qəbələ”nin heyətində 12 futbolçu fərqlənib. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ceyms Adeniyidir. Nigeriyalı legioner 10 qola imza atıb. Stiven Monrozun hesabında 6 top var. Rauf Əliyev 4, Davit Volkov 2 dəfə rəqib qapılarına yol tapıb. Digər 8 futbolçu hərəyə 1 dəfə qol sevinci yaşayıb. 31 qoldan biri rəqibin avtoqolu sayəsində gerçəkləşib. Bəxtiyar Həsənalızadə ("Zirə") öz qapısına qol vurub.
futbolçu oyun dəqiqə qol penalti/dəqiq sarı qırmızı
Urfan Abbasov 25 2163 1 - 6 -
Ceyms Adeniyi 25 2155 10 - 6 -
Stiven Monroz 25 2138 6 - 2 -
Vojislav Stankoviç 24 2160 1 - 6 -
Cavid Hüseynov 24 1879 1 1/1 6 -
Bəhlul Mustafazadə 23 1886 1 - - 1
Rauf Əliyev 23 1512 4 - 4 2
Sabien Lilay 23 1469 - - 1 -
Lalavele Atakora 23 1437 1 - 2 -
Asif Məmmədov 22 900 1 - 2 -
Dmitri Bezotosnı 21 1844 -19 1/1 1 -
Elvin Camalov 21 1636 - - 9 -
İlqar Qurbanov 18 1179 - - 3 -
Davit Volkov 13 873 2 - 3 -
Amin Seydiyev 12 1069 - - 4 -
Rasim Ramaldanov 12 818 1 - 4 -
Qismət Alıyev 12 781 - - 2 -
Təmkin Xəlilzadə 11 945 1 1/1 3 2
Aqil Məmmədov 4 360 -7 - 2 -
Anar Nəzirov 4 268 -6 1/1 - -
Roman Hüseynov 3 63 - - - -
Rövlan Muradov 1 78 - - 1 -
Murad Popov 1 48 -1 - - -
Samir Qurbanov 1 12 - - - -