Son zamanlar inamlı oyunu ilə adından
söz etdirən "Bakı” klubunun futbolçusu Vüqar Bəybalayev
klubun rəsmi saytına geniş müsahibə verib.Sportnet.az gənc və perspektivli müdafiəçilərdən olan Vüqarın müsahibəsini
təqdim edir:
-
"Bakı”ya gəlişinizi necə xatırlayırsan?
- İlk dəfə Məqsəd Yaqubəliyev əvəzedici heyətın baş məşqçisi işlədiyi vaxt baxışa gəldim. İlk
məşqdən sonra Məqsəd müəllim bundan sonra bizimlə olacaqsan dedi. Bundan bir ay
sonra Gürcüstana Batumidəki təlim-məşq toplanışına sənədləri hazırlamağı
tapşırdı. Beləliklə klubun üzvünə çevrildim.
- Premyer Liqada debütun Bakıda yox Tovuz "Turan”ında olub. Bu
necə alındı?
- Əvəzedici heyətdə "Turan”a qarşı oyunda "Turan” rəhbəliyi oyunumu bəyənərək
klub rəhbərliyi ilə razılığa gəlib məni istəmişdi. Rəhbərlik və məşqçilər
heyəti mənə ora getməklə böyük futbola, Premyer Liqaya qalxmaq üçün yaxşı
fürsət yarandığını bildirdilər. Mən də düşünmədən dərhal bu təklifi qəbul
etdim. Ertəsi gün icarə əsasında Tovuza yollandim. Premyer Liqada debütüm də bu
klubun heyətində baş tutdu.
- "Turan”dan qayıdandan sonra bir müddət
ehtiyatda qalırdın. İbrahim Uzuncanın baş məşqçi təyinatından
sonra daim əsas heyətdə çıxış edirsən. "Bakı” carı çempionatda əsasən klubun
akademiyasında yetişmiş, oyun praktikası az olan gənclərə güvənməklə milli
çempionata yeni bir etalon gətirdi. Bu komanda ilə çempionata uyğunlaşmaq sənin
üçün necə keçdi?
- Düzün desəm ilk oyunlarda hər birimizə bir qədər çətin idi. Premer liqada oynamaq üçün az da olsa vaxt lazım idi. Göründüyü kimi bir
neçə oyun keçirdikdən sonra komandamız xallar qazanmağa başladı. Komandadakı
gənclər əvəzedicilərin çempionatında bir yerdə oynayıb. Çoxumuz İbrahim
Uzuncanın rəhbərliyi altında çempion olmuş komandadandı. Bu amillə yanaşı
təcrübəli azərbaycanlı və legionerlərimizin də yaxşı oyunçu olmasının
uğurlarımızda böyük rolu olduğunu düşünürəm. Gənclərlə çıxış etmək nə qədər
çətin olsa da bu özünü doğrultmaqdadı.
- İlk dövrə arxada qalıb. Ən çətin oyun hansı oldu?
- Qırmızı vərəqəyə görə buraxdığım oyundan başqa bütün oyunlarda Premyer liqada
forma geyindim. Çempionatda asan oyun, asan komanda yoxdu. Bütün oyunlar çətin
keçir.
- Bildiyin kimi 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının 4
oyunu Azərbaycanda oynanılacaq. Bu vaxta qədər milli komandamızda nəsil
dəyişəcək. Millidə oynamaq, Bir gənc kimi Avropa çempionatına qatılmaq
şanslarını necə görürsən?
- 4 oyunun ölkəmizdə keçirilməsi çox gözəl haldır. Millimizi də həmin Avropa
çempionatında görmək istərdim. O vaxta kimi millidə oynamaq şərəfinə nail
olmağı arzulayıram. Bunun üçün çox çalışacağam.
- "Qarabağ” UEFA kubokunda səfərdə "Dnepr”i məğlub etməklə bütün Avropanı
təəccübləndirdi. Komandamızın növbəti mərhələ şanslarını necə görürsən?
- "Qarabağ” ölkəmizi indiyə kimi layiqincə təmsil edib. Bundan sonra da elə
olacağına şübhəm yoxdu. Növbəti mərhələyə cıxmaq şansı var və bunu
bacaracaqlarına inanıram.
- Akademiyadakı yeniyetmələrə tövsiyyələrin…
- Akademiyadakı yeniyetmələrə ilk öncə nizam-intizama fikir vermələrini,
böyük-kiçik bilmələrini, həmişə böyüklərə hörmət etmələrini tövsiyə edirem. Birdə
ki, çoxlu əlavə məşq etməyi unutmasınlar.
- "Bakı”nı çətin vəziyyətdə tək qoymayan fanatlara nə deyə bilərsən?
- Meydanlara gələn və ya gəlməyib bizi dəstəkləyən hər bir kəsə öz təşəkkürümü
bildirirəm. Hər oyun meydanda komandamızı tək qoymayan "The Capital” azarkeş
qrupunun hər bir üzvünə xüsusi minnətdarlığımı bildirirəm.
- Sənə futbolçu karyeran və şəxsi həyatında uğurlar arzulayıram.
- Mən də sizə öz minnətdarlığımı bildirirəm. (fcbaku.tv)