Qarabağ" klubu əcnəbi futbolçusu Donald Gerye ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bunu 30 yaşlı yarımmüdafiəçi şəxsi "İnstagram" hesabında yazıb.
Haitili oyunçu Ağdam təmsilçisinə hər şey üçün təşəkkür etdiyini bildirib.
Qeyd edək ki, Donald Gerye 2017-ci ildən "Qarabağ"da çıxış edib. Ölkə çempionu daha öncə Yakub Jezniçak, Reynaldo və İnnosent Emeqara ilə də vidalaşıb.