Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, rəqib yerli yığma komandası olub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Azərbaycan millisinin heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqlənib.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda Şimali Makedoniya qalib gəlib - 3:1.