Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstan Tobol"unun heyətində Premyer Liqada növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Kostanay təmsilçisi XIV turda səfərdə "Aktobe" ilə üz-üzə gəlib. Görüş "Tobol"un qələbəsi ilə yekunlaşıb - 1:0. 25 yaşlı qolkiper sonadək meydanda olub.
Qeyd edək ki, bu qələbədən sonra "Tobol" 32 xalla "Astana" ilə birgə ilk 2 yeri bölüşür. Amma 1-ci pillədəki "Astana" 14 yox, 15 oyun keçirib.