Topaz Premyer Liqasının XI turunun "Xəzər Lənkəran"la matçından sonra 4 günlük istirahət buraxılan "Simurq” hazırlıqlarını bərpa edib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dünən Zaqatalada bir araya gələn "sarı-qaralar" məşqlərə start verib.
Dünənki məşqdə yığma komandaların düşərgəsində olan
Rəşad Eyyubov, Rəşad Əzizli və Vadim Abdullayev iştirak etməyib. Həmçinin son
oyunda zədələnərək matçı yarımçıq tərk edən Tural Axundov, Murad Səttarlı və
Banas Adam hazırlığa qoşulmayıb.
Növbəti turda doğma arenada"Neftçi"lə qarşılaşmaya hazırlaşan "Simurq", fasilə müddətində bir yoldaşlıq keçirməyi nəzərdə tutub. Rəqibin kimliyi ilə bağlı yaxın günlərdə məlumat veriləcək.