
"Neftçi” komandası Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Roberto Bordinin baş məşqçilik etdiyi kollektiv Hendek Atatürk stadionunda Rusiyanın "SKA-Xabarovsk” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma "Neftçi"nın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:1. Flaqmanın qollarını Namik Ələskərov, Rəhman Hacıyev və Emin Mahmudov vurub. Onlar müvafiq olaraq 22, 28 və 45-ci dəqiqələrdə fərqləniblər.
Qeyd edək ki, "Neftçi" qonşu ölkədə daha iki yoxlama oyunu keçirəcək. Flaqmanın iyunun 25-dəki ikinci rəqibi hələ ki, məlum deyil. Paytaxt klubu iyunun 30-da Ukraynanın "Vorskla” (Poltava) komandası ilə qarşılaşacaq.
Yoxlama görüşü
20 iyun
"Neftçi" - "OİK-Xabarovsk" (Rusiya) - 3:0
Qol: Namik Ələskərov, 22. Rəhman Hacıyev, 28. Emin Mahmudov, 45