Qazaxıstanın "Tobol" klubu 2019/2020 mövsümündə Avropa Liqası üçün iştirak ərizəsini təqdim edib.
Sportnet.az xəbər verir ki, siyahıya Azərbaycan millisinin qapıçısı Emil Balayev də salınıb. O, yerli qolkiperlər Sultan Busurmanov və Jasur Narzikulovla rəqabət aparacaq.
Baş məşqçi Vladimir Qazzayev ümumilikdə 9 legionerin xidmətinə ehtiyac duyub.
Qeyd edək ki, "Tobol" Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Jöness Eş" komandası ilə üz-üzə gələcək.