"Səbail" klubu yeni geyim tərəfdaşı ilə müqavilə bağlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, "Nike" şirkətidir. "Nike" komandanı 2019/2020 mövsümündən geyindirəcək. Yeni formada ilk rəsmi matç iyulun 11-də Rumıniyanın "Universitatya" (Krayova) klubuna qarşı olacaq.
Qeyd edək ki, "Səbail" bunadək "Macron" şirkətinin geyimlərindən yararlanıb. "Nike" isə daha əvvəl Azərbaycan milli komandaları və "Neftçi"nin texniki sponsoru olub.