
Rumıniyada "Universitatya" və "Səbail" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma islandiyalı briqadaya həvalə olunub. Baş hakim Helgi Mikael Yonassona Yohann Qudmundsson və Bringeyr Valdimarsson yan xətt, İvar Orri Kristyansson isə dördüncü hakim qismində kömək edəcəklər.
Qeyd edək ki, iyulun 18-də Krayovadakı "İon Oblemenko" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.