Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə oyunlarının 1/16 final mərhələsində Macarıstanla üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Yığma penalti zərbələrində rəqibini 2:1 hesabı ilə üstələyib. Oyun zamanı Sabir Allahquliyevin dubl edib, digər qolu isə Comərd Baxşəliyev vurub.
Növbəti mərhələyə yüksələn milli komanda Rusiya, İspaniya və İsveçr yığması ilə bir qrupda mübarizə aparacaq. Oyunların təqvimi bugünkü qarşılaşmalar başa çatdıqdan sonra müəyyənləşəcək.
Qeyd edək ki, iyulun 28-dək davam edəcək seçmə mərhələnin 5 ən yaxşı komandası 21 noyabr - 1 dekabrda Paraqvayda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.