2019/2020 avrokubok mövsümündə II təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, Çempionlar Liqasında (ÇL) 5, Avropa Liqasında isə 1 görüş baş tutub.
Azərbaycan çempionu "Qarabağ" ÇL-in II təsnifat mərhələsinin cavab oyununda İrlandiya "Dandolk"unu 3:0 hesabı ilə yenərək, növbəti mərhələdə Kipr APOEL-inə rəqib olub.
ÇL-də bu mərhələni Serbiyanın "Srvena Zvezda", Sloveniyanın "Maribor", Norveçin "Rusenborq" və "Danimarkanın "Kopenhagen" komandaları da keçib.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
20:00. HİK (Finlandiya) - “Srvena Zvezda” (Serbiya) - 2:1
Qollar: Sebastyan Dallström, 46. Riku Riski, 90+2 - Duşan Yovançiç, 56
İlk oyun - 0:2
21:00. AIK (İsveç) - “Maribor” (Sloveniya) - 3:2 (əsas vaxt - 2:1, əlavə vaxt - 1:1)
Qollar: Per Karlsson, 4. Sebastyan Larsson, 61. Tarik Elyunussi, 93 - Andrey Kotnik, 48. Aleksandru Kretu, 117
İlk oyun - 1:2
21:00. “Qarabağ” (Azərbaycan) - “Dandolk” (İrlandiya) - 3:0
Qollar: Xayme Romero, 12; 87. Aylton Silva, 76
İlk oyun - 1:1
21:00. “Rusenborq” (Norveç) - BATE (Belarus) - 2:0
Qollar: Pal Andre Halland, 70 (penalti ilə). Aleksander Söderlund, 85
İlk oyun - 1:2
21:45. “Kopenhagen” (Danimarka) - TNS (Uels) - 1:0
Qol: Karlos Zeka, 52
İlk oyun - 2:0
Beləliklə, ÇL-in III təsnifat mərhələsində qarşılaşacaqlar:
Çempionlar Yolu
ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)
APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)
PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan)
"Srvena Zvezda" (Serbiya) - "Kopenhagen" (Danimarka)
"Maribor" (Sloveniya) - "Rusenborq" (Norveç)
Liqa Yolu
"İstanbul Başakşehir" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan)
"Krasnodar" (Rusiya) - "Portu" (Portuqaliya)
"Brügge" (Belçika) - "Dinamo" (Kiyev, Ukrayna)
"Bazel" (İsveçrə) - LASK (Austriya)
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunu
22:45. "Çukariçki" (Serbiya) - "Molde" (Norveç) - 1:3
İlk oyun - 0:0.