
Kiprdə APOEL və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün bütün təyinatlar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, avqustun 6-da Nikosiyadakı GSP stadionunda təşkil olunacaq qarşılaşmaya italiyalı hakimlər briqadasına həvalə olunub.
APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Davide Massa
Yan xətt hakimləri: Fabiano Preti, Alberto Teqoni
Dördüncü hakim: Rosario Abisso (hamısı İtaliya)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə)
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.