Milli komandaların oyunu ilə
əlaqədar Premyer
Liqada yaranan fasilədən istifadə edən "Xəzər Lənkəran" bu gün
yoxlama oyununda qüvvəsini sınayıb.Sportnet.az-ın məlumatına görə, cənub təmsilçisnin rəqibi
AZAL klubu olub.
"AZAL Arena"da keçirilən oyun
bərabər yekunlaşıb. Matçda ilk qolu 5-ci dəqiqədə AZAL-ın
futbolçusu Freddi vurub. Matçın ilk hissəsin AZAL-ın qələbəsi ilə bitib. İkinci
hissədə hücumlarını artıran cənub təmsilçisi 52-ci dəqiqədə istəyinə çatıb.
Fernandinyo komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, "Xəzər Lənkəran" 17 xalla turnir cədvəlinin 5-ci, AZAL isə 10 xalla 9-cu pilləsində qərarlaşıb.