
“Neftçi”nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Sportnet.az-ın məlumatına görə, püşkə əsasən, paytaxt təmsilçis III təsnifatda İsrailin “Bney Yehuda” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, "Malmö" (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə üz-üzə gələcək.
"Neftçi" ilk oyunu səfərdə keçirəcək.
----
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, püşkə əsasən, Ağdam təmsilçisi Çemoionlar Liqasının III təsnifatında Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıra bilməsə, "Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsində ilk oyunlar 22 avqustda, cavab görüşləri 29 avqustda keçiriləcək. İlk matçlar püşkatmadan sonra adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.