
“2013-cü ildə Rusiya və Ukrayna çempionatlarının birləşdirilməsi demək olar ki, razılaşdırılmışdı”.
Sportnet.az xəbər verir ki, bunu tanınmış futbol məşqçisi Valeri Qazzayev TASS-a açıqlamasında deyib. Rusiya Dövlət Dumasının bədən tərbiyəsi, idman, turizm və gənclərlə iş komitəsinin sədr müavini olan mütəxəssisin sözlərinə görə, layihənin reallaşmasına iki ölkə arasında yaşanan siyasi gərginlik imkan verməyib: “Əlbəttə, bu layihənin reallaşmamasına görə narahatçılıq keçirdim. Siyasət mane olmasaydı, indi birləşmiş çempionat olardı. Özü də Avropanın futbol tarixində ən yaxşı çempionatlardan biri olardı. Ölkələrimiz arasında münasibətlərin qaydasına düşəcəyinə inanıram. İnsan inamsız yaşaya bilməz”.
Qeyd edək ki, plana əsasən, birləşmiş çempionatda Rusiya və Ukraynanın hər birində 9 klub çıxış etməli idi.