Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" komandası bu gün yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşıb.
Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisinin qollarına Əmir Ağayev, Sərtan Taşqın və Peyman Babayi imza atıb.