
"Sabah" və MOİK komandaları yoxlama oyununda üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, "Bank Respublika Arena"da təşkil olunmuş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Qolları 12-ci və 17-ci dəqiqələrdə Cavid İmamverdiyev, 23-cü dəqiqədə Amadu Diallo, 40-cı dəqiqədə Uliss Diallo, 77-ci dəqiqədə Endi Faustin vurub.