Bu həftə Azərbaycan Premyer Liqasında yeni – 2019/20 mövsümü başlayacaq.
Sportnet.az xəbər verir ki, sayca 28-ci olan ölkə çempionatı “Qəbələ”nin tarixində 14-cü olacaq. 2006-cı ildə yüksək dəstədə debüt edən “qırmızı-qaralar” 13 çempionatı arxada qoyub.
Bu müddətdə komanda 5 dəfə mükafatçılar sırasına düşüb. “Qəbələ”nin hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.
Son 13 mövsümdə komanda 392 matça çıxıb. “Qəbələ” 161 qələbə qazanıb, 103 heç-heçə edib və 128 dəfə uduzub. Rəqib qapılarından 480 top keçirən futbolçular 409 qol buraxıblar.
| 
 2006/07  | 
 24  | 
 4  | 
 4  | 
 16  | 
 17-47  | 
 20  | 
 XI yer  | 
| 
 2007/08  | 
 26  | 
 11  | 
 3  | 
 12  | 
 33-36  | 
 36  | 
 VI yer  | 
| 
 2008/09  | 
 26  | 
 9  | 
 6  | 
 11  | 
 28-21  | 
 33  | 
 X yer  | 
| 
 2009/10  | 
 32  | 
 13  | 
 10  | 
 9  | 
 36-36  | 
 49  | 
 VI yer  | 
| 
 2010/11  | 
 32  | 
 13  | 
 12  | 
 7  | 
 31-18  | 
 51  | 
 VII yer  | 
| 
 2011/12  | 
 32  | 
 15  | 
 7  | 
 10  | 
 43-32  | 
 52  | 
 V yer  | 
| 
 2012/13  | 
 32  | 
 10  | 
 8  | 
 14  | 
 32-40  | 
 38  | 
 VI yer  | 
| 
 2013/14  | 
 36  | 
 18  | 
 7  | 
 11  | 
 48-36  | 
 61  | 
 III yer  | 
| 
 2014/15  | 
 32  | 
 15  | 
 9  | 
 8  | 
 46-35  | 
 54  | 
 III yer  | 
| 
 2015/16  | 
 36  | 
 16  | 
 11  | 
 9  | 
 44-28  | 
 59  | 
 III yer  | 
| 
 2016/17  | 
 28  | 
 14  | 
 10  | 
 4  | 
 46-21  | 
 52  | 
 II yer  | 
| 
 2017/18  | 
 28  | 
 14  | 
 7  | 
 7  | 
 43-26  | 
 49  | 
 II yer  | 
| 
 2018/19  | 
 28  | 
 9  | 
 9  | 
 10  | 
 31-33  | 
 36  | 
 IV yer  | 
Bu 13 ildə 219 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. Ən çox oyun keçirən futbolçulardan beşi 100 matç səddini arxada qoyub: Urfan Abbasov - 177, Dodo - 131, Dmitri Bezotosnı - 117, Viktor Mendi – 112, Elvin Camalov – 111.
“Qəbələ”nin Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb.
Əyalət təmsilçisi arxada qalan 13 mövsümü 9 baş məşqçinin rəhbərliyi altında keçirib. Ramiz Məmmədov hamıdan çox – 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 3-cü göstərici ingiltərəli Toni Adamsa məxsusdur – 44 oyun. Komandanın indiki məşqçisi Sənan Qurbanov 31 çempionat görüşündə “qırmızı-qaralar”a rəhbərlik edib. “Qırmızı-qaralar” 13 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb.
“Qəbələ” 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 2 dəfə ilk matçını uduzub. Son 3 çempionatda “qırmızı-qaralar” ilk turu qələbə ilə başa vurub. 2016/17 mövsümündə “Kəpəz”i 2:0, növbəti çempionatda “Keşlə”ni 2:1 hesabı ilə yenən kollektiv ötən il “Səbail”in qapısından üç cavabsız qol keçirib.









                 





    
    
    
    
    
    
    
    
    























































