
Almaniyanın "Bavariya" klubu Mönhenqladbax "Borussiya"sının futbolçusu Mikael Küizansı transfer edib.
Sportnet.az-ın Münhen təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. Fransalı oyunçu yeni komandası ilə məşqlərə gələn həftədən başlayacaq.
Qeyd edək ki, Mikael Küizans "Borussiya"nın əsas komandasında 2017 - 2019-cu illərdə forma geyinib. O, Almaniya Bundesliqasında 35 oyuna 3 məhsuldar ötürmə ilə yadda qalıb.