
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan “Viktor Bannikov” beynəlxalq turnirində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Vüqar Məmmədin baş məşqçisi olduğu kollektiv ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yığmanın heyətində Musa Musazadə və Mirmövsüm Canıyev fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə İsrailə 0:6 hesabı ilə uduzub.