UEFA Avropa Liqasında I turun nəticələrinə əsasən, həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Sportnet.az xəbər verir ki, namizədlər siyahısına Bukayo Saka (“Arsenal”, İngiltərə), Klaudiu Keşeyru (“Ludoqorets”, Bolqarıstan), Nikolo Dzanyolo (“Roma”, İtaliya) və Kevin Bua (“Bazel”, İsveçrə) yer alıb.
Qeyd edək ki, ilk turda Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda İspaniyanın “Sevilya” komandasına 0:3 hesabı ilə uduzub.