UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək "Düdelanj" (Lüksemburq) - "Qarabağ" matçına təyinat alan Con Biton daha öncə də Azərbaycan təmsilçisinin oyununu idarə edib.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı referi 2016/2017 mövsümündə də Ağdam klubunun görüşündə iş başında olub. O, ölkə çempionunun Avropa Liqasının qrup mərhələsində Yunanıstanda PAOK-a qalib gəldiyi (1:0) qarşılaşmaya da şahidlik edib.
Biton həmçinin iyunun 11-də Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsində evdə Slovakiyaya 1:5 hesabı ilə uduzduğu matçda da baş hakim olub.