
Bakı Olimpiya stadionunun süni meydançasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasın üzvlərindən fiziki test normativləri götürülüb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edən testlərin nəticələrinə uyğun olaraq oktyabrın 7-dən fitnes məşqləri keçiriləcək.
Məşqlər "İdman elmi / güc və kondisiya” layihəsi çərçivəsində həftədə iki dəfə olmaqla Bakıda və Qəbələdə təşkil olunacaq.