"Küləkli hava hər iki komandanın oyununa mane olurdu. Cəmi iki məşqə çıxmışıq, ilk oyunumuz idi. Heç taktiki məşqimiz də olmayıb ki, istədiklərimizi futbolçulara aşılaya bilək. Ona görə də qeydə alınan hesabı normal qarşılayıram".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin yeni baş məşqçisi Zaur Həşimov "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra yoxlama oyunundan sonra deyib.
Gənc mütəxəssis bəzi dəyişiklikləri həyata keçirmək üçün zamana ehtiyaclarının olduğunu bildirib: "Daha əvvəl komandada iki zədəli futbolçu var idi, "Qəbələ" ilə Premyer Liqa oyununda daha üç futbolçumuz zədələnib, bu da komandaya öz təsirini göstərir".