Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" və "Sumqayıt" klubları milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanaraq, yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, “Azersun Arena”da təşkil olunmuş matç bərabərliklə yekunlaşıb - 1:1. Hesabı 24-cü dəqiqədə qonaq komandanın oyunçusu İlqar Qurbanov açıb. 30-cu dəqiqədə isə Maqaye Qeye bərabərlik qolunu vurub.
Qeyd edək ki, matçın hər hissəsi 35 dəqiqədən ibarət olub.