"Samir Əliyev, Nazim Bağırov və Aslan İsmayılov Aminlə Seyidovla eyni mövqedə oynayırlar. Bu oyunçuların hər biri Amindən daha güclüdürlər. Buna görə də, onlar əsas heyətə düşürdülər. Üstəlik, Azərbaycan millisinə də dəvət alırdılar. Aminin başlıca problemi də məhz bu idi". Bunu Sportnet.az-a açıqlamasında "Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidov deyib.
O, hazırda Türkiyə "Fənərbağça"sının 15 yaşadək futbolçulardan ibarət komandasının heyətində yer alan Amin Seyidovun keçmiş komandası "Bakı"ya qarşı ittihamlarını cavablandırıb. Y.Seyidov bildirib ki, A.Seyidovun atası paytaxt klubuna müraciət edərək, oğlunun Türkiyəyə yollanmasına əngəl olmamalarını xahiş edib: "Biz də valideyninin xahişini nəzərə alaraq, komandamızdan getməsinə razılıq vermişik. "Bakı” klubundakı peşəkarlıq baxımından uşaq futboluna yanaşma prinsipi heç bir komandada yoxdur və Aminin bizə yönəltdiyi ittiham əsassızdır. Bunun nəticəsidir ki, Madrid "Atletiko”sundan dəvət olunmuş komandamızın baş məşqçisi Milinko Pantiş əsas heyətə akademiyamızın 7 futbolçusunu cəlb edib. Pantiş 15-16 yaşlı futbolçularımızı daim diqqət mərkəzində saxlayır və ən yaxşılarını yenə də əsas komandamıza cəlb edəcək. Ona heç kim demir ki, kimisə götür, kimisə sıxışdır. Hansı futbolçunun potensialı daha yüksəkdirsə, o da daha çox şans qazanır".
"Bakı" rəsmisi yeniyetmə futbolçunun klub haqda dediklərini kökündən yanlış sayıb: "Bunun nəticəsidir ki, Aminin valideyni bu gün ölkə mətbuatı vasitəsi ilə övladının "Bakı” haqda dediklərinə münasibət bildirərək, səhv etdiyini dilə gətirib. Onun bu açıqlamasından sonra "Bakı” klubu olaraq, ümid edirik ki, bir daha analoji hal yaşanmayacaq".
P.S. Maraqlıdır ki, Amin Seyidovun müsahibəsindən sonra valideyni Yaşar Seyidova zəng vuraraq, yazı müəllifinin oğlunun adından yalan informasiya dərc etdiyini bildirmiş, bu gün isə ölkə mətbuatı vasitəsi ilə üzr istəyərək, övladının yanlış hərəkət etdiyini bildirib. Sportnet.az olaraq, bildiririk ki, Amin Seyidovun müsahibəsinin audioyazısı redaksiyamızda saxlanılır və futbolçunun valideyni hansısa şəkildə bu yazıya etiraz edərsə, ona lazımi materialı təqdim etməyə hazırıq.
O, hazırda Türkiyə "Fənərbağça"sının 15 yaşadək futbolçulardan ibarət komandasının heyətində yer alan Amin Seyidovun keçmiş komandası "Bakı"ya qarşı ittihamlarını cavablandırıb. Y.Seyidov bildirib ki, A.Seyidovun atası paytaxt klubuna müraciət edərək, oğlunun Türkiyəyə yollanmasına əngəl olmamalarını xahiş edib: "Biz də valideyninin xahişini nəzərə alaraq, komandamızdan getməsinə razılıq vermişik. "Bakı” klubundakı peşəkarlıq baxımından uşaq futboluna yanaşma prinsipi heç bir komandada yoxdur və Aminin bizə yönəltdiyi ittiham əsassızdır. Bunun nəticəsidir ki, Madrid "Atletiko”sundan dəvət olunmuş komandamızın baş məşqçisi Milinko Pantiş əsas heyətə akademiyamızın 7 futbolçusunu cəlb edib. Pantiş 15-16 yaşlı futbolçularımızı daim diqqət mərkəzində saxlayır və ən yaxşılarını yenə də əsas komandamıza cəlb edəcək. Ona heç kim demir ki, kimisə götür, kimisə sıxışdır. Hansı futbolçunun potensialı daha yüksəkdirsə, o da daha çox şans qazanır".
"Bakı" rəsmisi yeniyetmə futbolçunun klub haqda dediklərini kökündən yanlış sayıb: "Bunun nəticəsidir ki, Aminin valideyni bu gün ölkə mətbuatı vasitəsi ilə övladının "Bakı” haqda dediklərinə münasibət bildirərək, səhv etdiyini dilə gətirib. Onun bu açıqlamasından sonra "Bakı” klubu olaraq, ümid edirik ki, bir daha analoji hal yaşanmayacaq".
Qeyd edək ki, Qəbələdə təşkil olunmuş 15 yaşlı futbolçular arasında beynəlxalq turnirdə "Fənərbağça”nın futbolçusu Amin Seyidov Sportnet.az-a bir sıra ittihamla dolu açıqlamalar verib. Futbolçu vaxtilə formasını geyindiyi "Neftçi” və "Bakı”nın ünvanına xoşagəlməz sözlər deyib: "Bəzi idarəçilər "Bakı"da elə bir ab-hava yaratmışdılar ki, demək də olmur. Məsələ belə idi ki, gətirilən futbolçunun qiyməti 500 dollar idi, lakin klub rəhbərliyinə 1000 dollar deyib, 500-nü ciblərinə qoyurdular".
Ceyhun ƏLİYEV
Ceyhun ƏLİYEV