İngiltərənin aşağı liqalarından birində "Basford Yunayted" və "Yunayted of Mançester" komandaları arasında keçirilmiş matç zamanı meydanın əks istiqamətindən rəqib qapıya başla qol vurulub.
Sportnet.az-ın məlumatına görə, futbol üçün nadir qolun müəllifi meydan sahiblərinin mərkəz müdafiəçisi Stefan Qalinski olub. Epizodların birində o, qonaq komandanın oyunçusundan gələn topa başla zərbə endirib. Qapıçının da inamsız çıxışından sonra asan qol alınıb. Bununla da hesab 2:1 olub. Sonradan daha bir qol vuran "Basford Yunayted" qələbə qazanıb - 3:1.
Qeyd edək ki, "Yunayted of Mançester"i 2005-ci ildə "Mançester Yunayted" azarkeşləri yaradıb. Bu addım "qırmızı şeytanlar"ın amerikalı Qleyzerlər ailəsi tərəfindən alınmasına etiraz əlaməti olaraq atılıb.