AVRO-2020-nin rəsmi topunun fotosu yayılıb.
Sportnet.az-ın "Footy Headlines" portalına istinadən məlumatına görə, topa "Uniforia" adı verilib. "Uniforia" - yenilikdir. O, iki hissədən - unikallıqdan və eyforiyadan ibarətdir. Adın izahı sadədir - qarşıdakı qitə birinciliyi öz növündə yeganə olacaq. Məsələ burasındadır ki, Avropa çempionatı əvvəllər heç vaxt eyni vaxtda 12 ölkədə, 12 stadionda keçirilməyib. Yenilik rəsmən gələn ay ictimaiyyətə təqdim ediləcək.
Qeyd edək ki, AVRO-2020-nin 4 matçı Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq. Bunlardan 3-ü qrup, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır.