17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası olub. Ada-dövlətin Torshavn şəhərindəki "Torsvöllür" stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 73-cü dəqiqədə Eylersdottir Rasmussen vurub.
Beləliklə, Azərbaycan millisi V qrupda mübarizəni qolsuz və xalsız tamamlayaraq, sonuncu olub. Zamir Həsənovun baş məşqçi olduğu kollektiv əvvəlki oyunlarında Sloveniya 0:6, Norveçə 0:5 hesabı ilə uduzub.
------------------------
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, rəqib Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası olacaq. Görüş ada-dövlətin Torshavn şəhərindəki "Torsvöllür" stadionunda keçiriləcək.
Oyunu idarə edəcəklər:
Baş hakim: Jelena Jermolajeva (Latviya)
Baş hakimin köməkçiləri: Liga Didrike (Latviya), Svitlana Grushko (Ukrayna)
Dördüncü hakim: Kateryna Usova (Ukrayna)
Qeyd edək ki, Azərbaycan millisi 5-ci qrupdakı əvvəlki oyunlarında Sloveniya 0:6, Norveçə 0:5 hesabı ilə uduzub.