"Bəxtimiz gətirmədi. Epiozlara baxsaq, rəqibdən üstün oynadığımızı düşünürəm. Öz səhvlərimiz də vardı. Ümumi götürsək, bəxt çatışmazlığı oldu".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana UEFA Avropa Liqasının III turunda Kipr APOEL-i ilə Bakıda 2:2 hesablı heç-heçə etdikləri görüşdən sonra söyləyib.
Oyunun 13-cü dəqiqəsində hesabı açan ispaniyalı yarımmüdafiəçi fasilədə baş məşqçi Qurban Qurbanovun qeyri-adi heçə demədiyini bildirib: "Qol buraxandan sonra istər-istəməz əhvalına təsir edir. İlk hissəni pis keçirmədik. Baş məşqçi fasilədə eyni tərzdə oynamağa davam etməli olduğumuzu dedi. Qeyri-adi nəsə demədi".
Kintana noyabrın 7-də Kiprdə keçirəcəkləri qarşılaşmadan gözləntilərini də açıqlayıb: "Təbii ki, bugünkü nəticədən razı qala bilmərik. Hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq, bəlkə də, nəsə deyə bilərik. Amma cavab matçı da var. Kiprə qalib ruhu ilə yollanmalıyıq ki, müsbət nəticə ilə dönək".