
"Oyunun ağır keçəcəyini bilirdik. 2 futbolçumuz matçı buraxdı. Komandamız özünü ikinci hissədə göstərdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis bildirib ki, ikinci hissədə sistemdə dəyişiklik etmələri nəticəsində oyunda dönüşə nail olublar: "Birinci hissədə səhvlərə yol verdik. İkinci hissədə heyətdə dəyişiklik etmədik. Amma futbolçuların yanaşmasını dəyişdik. Nəticədə fərqli oyun sərgilədilər".
Baxşıyev Rauf Cabbarovun oyunu yaxşı idarə etdiyini də söyləyib: "Ona ciddi iradımız yoxdur. Sadəcə, oyunları davam etdirməli olduğu xırda follu epizodlarda fit çalaraq saxlayırdı".