
“Sumqayıt” Premyer Liqada 250-ci qolunu vurub.
Sportnet.az xəbər verir ki, bu, mövsümün IX turunun “Neftçi” ilə ev oyununa təsadüf edib. “Kapital Bank Arena”da 2:4 hesabı ilə uduzan meydan sahiblərinin qarşılaşmadakı son qolu yubiley xarakteri daşıyıb. 90+2-ci dəqiqədəki topa Rəhim Sadıxov imza atıb.
Bu, 2011/12 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt”ın 261-ci oyununda 250-ci qolu olub. “Gənclik şəhəri” təmsilçisinin orta məhsuldarlığı 0,96-ya bərabərdir. 250 qoldan 133-ü evdə, 117-si səfərdə vurulub.