Hollandiyanın AZ komandasının futbolçusu Pantellis Hatsidiakosun PSV ilə səfər oyununda dişləri qırılıb.
Sportnet.az-ın məlumatına görə, PSV-nin yunanıstanlı legioneri Konstantinos Mitroqlu matçın 80-ci dəqiqəsində həmyerlisinin çənəsinə dirsəyi ilə vurub.
Toqquşma nəticəsində Alkmaar təmsilçisinin 22 yaşlı müdafiəçisi iki dişini itirib.
Qeyd edək ki, qarşılaşma AZ komandasının 4:0 hesablı qələbəsi ilə bitib. Müqavilə ilə Fransa "Olimpik"inə məxsus olan Konstantinos Mitroqlu ötən mövsümün ikinci yarısında icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda çıxış edib.