Azərbaycan Premyer Liqasının IX turu “Səbail”in futbolçusu Fəhmin Muradbəyli üçün yubileylə əlamətdar olub.
Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi “Qarabağ”la səfər qarşılaşmasında 100-cü matçına çıxıb.
Premyer Liqada 2014/2015 mövsümündə “Neftçi”də debüt edən Muradbəyli bu komandada 55, “Səbail”də 45 oyunun iştirakçısı olub. Hesabında 10 top olan yarımmüdafiəçi indiki klubunda 6, “ağ-qaralar”ın heyətində 4 qola imza atıb.