UEFA Tükiyə "Başakşehirspor"unun futbolçusu İrfan Can Kahvecinin Avropa Liqasının qrup mərhələsinin III tur matçında Avstriya "Volfsberq"inə vurduğu qolu əsgər salamı ilə qeyd etməsi ilə əlaqədar araşdırma başlatıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilir. Kahvecinin qolu sayəsində "Başakşehirspor" 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, daha əvvəl UEFA Türkiyə yığmasının Albaniya və Fransa ilə AVRO-2020-nin seçmə matçlarında vurduğu qollardan sonra əsgər salamı vermələri ilə əlaqədar araşdırmalara başlayıb.