UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun ikinci oyun günündə 3 komanda 1/8 finala vəsiqəni təmin edib. Bunlar Fransa PSJ-si, Almaniya "Bavariya"sı və İtaliya "Yuventus"udur.
A qrupunda yer alan PSJ Belçika "Brügge"si üzərində 1:0 hesablı qələbə sayəsində xallarını 12-yə çatdırıb və mərhələ adlayıb. Qrupun digər matçında Türkiyə "Qalatasaray"ı İspaniyada "Real Madrid"ə 0:6 hesabı ilə uduzaraq, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırıb.
"Bavariya" B qrupunda Yunanıstan "Olimpiakos"u üzərində 2:0 hesablı qələbə sayəsində yoluna davam edib. Qrupun digər matçında İngiltərə "Tottenhem"i Serbiyada "Srvena Zvezda"nı 4:0 hesabı ilə darmadağın edərək, 1/8 finala daha bir vəsiqəni verən 2-ci pillədə möhkəmlənib.
C qrupunda hər iki oyun heç-heçə ilə bitib. Ukraynanın "Şaxtyor" (Donetsk) komandası Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo" ilə görüşdə məğlubiyyətdən uzatma dəqiqələrində vurduğu qollarla qurtulub. İngiltərənin "Mançester Siti" klubu isə İtaliyada "Atalanta" ilə qarşılaşmada qələbəni əldən verərək, 1/8 finala vəsiqə imkanını qalan 2 tura saxlayıb. Meydan sahibləri isə ilk xalı əldə edib.
D qrupunda İtaliya "Yuventus"u Rusiyanın paytaxtı Moskvada "Lokomotiv"lə görüşdə qələbəyə uzatma dəqiqələrində nail olub - 2:1. Almaniya "Bayer"i isə qrupda ilk qalibiyyətini İspaniya "Atletiko"su üzərində eyni hesabla qazanıb.
----------------------------
UEFA Çempionlar Liqasında 1/8 finala ilk vəsiqələrin sahibləri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu hüquqa Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları yiyələnib. Münhen təmsilçisi Yunanıstan "Olimpiakos"u ilə görüşdə 2:0 hesablı qələbə qazanıb. Qolları 69-cu dəqiqərə Robert Levandovski və 89-cu dəqiqədə İvan Perişiç vurub. Bununla da xallarını 12-yə çatdıran "Bavariya" B qrupunda liderliyini möhkəmlədib və növbəti mərhələyə vəsiqəni təmin edib.
D qrupunun qarşılaşmasında isə "Yuventus" Rusiyanın paytaxtı Moskvada "Lokomotiv"lə görüşdə qələbəyə nail olub - 2:1. Hesabı 4-cü dəqiqədə Turin komandasından Aaron Remsi açsa da, 12-ci dəqiqədə Aleksey Mirançuk bərabərlik qolunu vurub. Qonaqlardan Duqlas Kosta isə 90+3-cü dəqiqədə qələbə topuna imza atıb. Bu nəticədən sonra "Yuventus" xallarını 10-a çatdıraraq, vahid liderə çevrilib və vaxtından əvvəl növbəti mərhələni təmin edib. "Lokomotiv" isə 3 xalla 3-cü yerdə gedir.
--------------------
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 8 görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşacaqlar.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Real Madrid"lə üz-üzə gələcək. Fatih Terimin baş məşqçisi olduğu komanda bu turda məğlub olacağı təqdirdə, növbəti mərhələ şanslarını itirəcək.
İstanbul təmsilçisinin heyətində zədəli futbolçular Şener Özbayraklı və Radamel Falkao qarşılaşmanı buraxacaq. Meydan sahiblərindən isə Naço və hələ zədəsini tam sağaltmayan Qaret Beylin meydana çıxmayacağı dəqiqdir.
A qrupunun digər matçında PSJ Fransada Belçika "Brügge"sinə qalib gəlsə, vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edəcək.
Eyni nailiyyətə B qrupunda Almaniya "Bavariya"sı nail ola bilər. Niko Kovaçı baş məşqçi postundan istefaya göndərən klub hələ ona əvəz tapmasa da, Yunanıstan "Olimpiakos"u ilə görüşdə qələbə sayəsində mərhələ adlayacağına ümid edir.
Oxşar vəziyyət C qrupunda da yaranıb. "Mançester Siti" sona 2 tur qalmış qrupdan çıxmaq üçün İtaliyada "Atalanta"ya qalib gəlməlidir.
D qrupunda isə şərikli liderlər səfərə çıxacaqlar. İspaniya "Atletiko"su Almaniyada "Bayer"i, İtaliya "Yuventus"u isə Rusiyada "Lokomotiv"i yensə, növbəti mərhələyə yüksələcək.
Beləliklə, bu gün 5 komanda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edə bilər.
Çempionlar Liqası
IV tur
6 noyabr
A qrupu
24:00. PSJ (Fransa) - "Brügge" (Belçika) - 1:0
Qol: Mauro İkardi, 22
24:00. "Real Madrid" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 6:0
Qollar: Rodriqo, 4; 7; 90+2. Serxio Ramos, 14 (penalti ilə). Kərim Benzema, 45; 81.
Xal durumu: PSJ – 12, "Real Madrid" - 7, "Brügge" - 2, "Qalatasaray" - 1.
B qrupu
21:55. "Bavariya" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) - 2:0
Qollar: Robert Levandovski, 69. İvan Perişiç, 89
24:00. "Srvena Zvezda" (Serbiya) - "Tottenhem" (İngiltərə) - 0:4
Qollar: Covani Lo Çelso, 34. Son Hın Min, 57; 61. Kristian Eriksen, 85
Xal durumu: "Bavariya" - 12, "Tottenhem" - 7, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1.
C qrupu
24:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 3:3
Qollar: Bruno Petkoviç, 25. Luka İvanuşek, 83. Ariyan Ademi, 89 - Alan Patrik, 13. Junior Moraeş, 90+3. Tete, 90+8 (penalti ilə)
Qırmızı vərəqə: Nikola Moro, 74 - Marlos, 79
24:00. "Atalanta" (İtaliya) - "Mançester Siti" (İngiltərə) - 1:1
Qollar: Mario Paşaliç, 49 - Rəhim Stelinq, 7
Qırmızı vərəqə: Klaudio Bravo, 81 ("Mançester Siti")
Xal durumu: "Mançester Siti" - 10, "Şaxtyor" - 5, "Dinamo" - 5, "Atalanta" - 1.
D qrupu
21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Yuventus" (İtaliya) - 1:2
Qollar: Aleksey Mirançuk, 12 - Aaron Remsi, 4. Duqlas Kosta, 90+3
24:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1
Qollar: Tomas Partey, 41 (öz qapısına). Kevin Volland, 55 - Alvaro Morata, 90+4
Xal durumu: "Yuventus" - 10, "Atletiko" - 7, "Bayer" - 3, "Lokomotiv" - 3.