
"İlk növbədə, bu soyuq havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildirirəm. Belə havaya rəğmən, onlar bu gün bizi tək buraxmadılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Zaqatala"ya 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis I Divizionun ən döyüşkən komandası ilə qarşılaşdıqlarını bildirib: "Biz də oyuna ciddi hazırlaşmışdıq. Premyer Liqada az forma şansı əldə edən futbolçularımıza da bu gün şans verdik. Əsas məqsədimiz turu keçmək idi ki, bunu da bacardıq. Artıq bu oyunu unudub, qarşıdan gələn matçlara hazırlaşmalıyıq".
Qeyd edək ki, "Sumqayıt" 1/4 finalda "Neftçi" ilə qarşılaşacaq.