Azərbaycan Premyer Liqasının XIV turu “Qarabağ”ın futbolçusu Miçel üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, tam adı Markus Madera olan ispaniyalı yarımmüdafiəçi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Bu yubiley “Keşlə” ilə ev matçına (2:2) təsadüf edib.
Premyer Liqada 2015/2016 mövsümündə debüt edən Miçel indiyədək keçirdiyi 100 qarşılaşmada 16 qol vurub. Azərbaycanda yalnız bir klubun formasını geyinmiş yarımmüdafiəçi cari mövsümdən başqa hər çempionatda qol vurub: 2015/2016 – 24 oyun (4 qol), 2016/2017 – 25 oyun (4 qol), 2017/2018 – 23 oyun (3 qol), 2018/2019 – 19 oyun (5 qol), 2019/2020 – 9 oyun.