AFFA-nın baş katibi Elxan Məmmədov İTV-də yayımlanan 3D verilişinin qonağı olub. Sportnet.az xəbər verir ki, milli assosiasiya rəsmisi Dadaş Dadaşlinskinin müxtəlif suallarını cavablandırıb.
"Millinin nəticələrindən məyus olurduq, utanmaq yox" deyən baş katib Slovakiya ilə AVRO-2020-nin son seçmə oyununda Azərbaycan yığmasının hücum yox, müdafiə futbolu sərgiləməməsindən təəssüfləndiyini vurğulayıb.