“Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.
Ölkə futbolunun flaqmanı “Buta Qlobal Enerji Tekstil” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu gün “Bakcell Arena”da keçirilən tədbirdə “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, “Buta Qlobal Enerji Tekstil”in baş direktoru Muhterem Ermez, PR menecer Səməd Nəsibov, komandamızın üzvləri – Rəhman Hacıyev, Namik Ələskərov, Dario Frederiko, Aqil Məmmədov, Tural Axundov, Turan Vəlizadə, digər rəsmi şəxslər və mətbuat nümayəndələri iştirak ediblər. Tərəflər 2 illik müqaviləyə imza atıblar. Razılaşmaya əsasən, “Buta Qlobal Enerji Tekstil” “Neftçi” PFK-nın əsas komandasının geyim tərəfdaşı olacaq.
Sportnet.az "Neftçi" TV-nin mərasimdən hazırladığı süjeti təqdim edir...