Fransa milli komandasının futbolçusu NQolo Kante 2019/2020 mövsümünün sonunda İngiltərənin "Çelsi" klubundan ayrılmaq niyyətindədir.
Sportnet.az-ın "El Desmarque" nəşrinə istinadən verdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçinin prioriteti İspaniya "Real Madrid"idir.
Kante "Çelsi"də 2016-cı ilin iyulundan çıxış edir. Onun "zadəganlar"la müqaviləsi 2023-cü il iyunun 30-dək qüvvədədir. Bu mövsüm dünya çempionu İngiltərə Premyer Liqasında 10 oyuna 3 qol vurub. Hazırda "zadəganlar" 17 oyundan 29 xalla 4-cü pillədədir.
Qeyd edək ki, NQolo Kante "Çelsi"nin heyətində mayın 29-da Bakıda keçirilmiş Avropa Liqasının final matçının və Fransa millisinin üzvü kimi 2018-ci il dünya çempionatının qalibi olub.