Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 final oyunlarına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, son oyunda "Qarabağ" "Keşlə"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 53-cü dəqiqədə İsmayıl İbrahimli vurub.
Qeyd edək ki, əvvəlki 3 görüşdə Qəbələ" evdə "Sabah"ı 3:0, "Sumqayıt" səfərdə "Neftçi"ni 1:0 hesabı ilə yenib. "Səbail" - "Zirə" matçında isə hesab açılmayıb - 0:0. Cavab görüşləri 19-20 dekabrda keçiriləcək.
------------
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir ilk oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Neftçi" "Sumqayıt"ı qəbul edib. "Bakcell Arena"da baş tutan matçda qonaqlar qalib gəlib - 1:0. Qarşılaşmanın 48-ci dəqiqəsində Rəhim Sadıxov fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü dekabrın 20-də Sumqayıtdakı "Kapital Bank Arena"da olacaq. Oyun saat 17:00-da başlayacaq.
------
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha 2 ilk oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar Premyer Liqada fasiləyə ön pillələrdə çıxmış komandaların iştirakı ilə təşkil olunacaq.
Əvvəlcə "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gələcək. Bu kollektivlər ötən mövsüm də eyni mərhələdə görüşüblər. Həmin vaxt "gənclik şəhəri" təmsilçisi iki oyunun nəticəsində (0:2, 1:0) uduzaraq, mübarizəni dayandırmalı olub. Başqa sözlə, hər iki komanda səfərdə qalib gəlib, evdə oynayan tərəf qol vurmayıb. Bu mövsüm isə çempionat qarşılaşmalarında flaqman hər iki matçdan qalib ayrılıb - 2:1, 4:2. 14 turdan sonra "Neftçi" 25 xalla 2-ci, "Sumqayıt" 18 xalla 4-cü pillədə qərarlaşıb.
Günün son matçı isə Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" və "Keşlə" komandaları arasında keçiriləcək. Ağdam komandası çempionatda mövsümün ilk yarısını 31 xalla lider, paytaxt təmsilçisi isə 23 xalla 3-cü pillənin sahibi kimi başa vurub. Amma "Keşlə" son illərin çempionuna ciddi müqavimət göstərməyi bacarıb - 0:1, 2:2. İndiyədək iki klub arasında ölkə kubokunda 9 görüş keçirilib. Bunların 5-də "Qarabağ", 2-də "Keşlə" qələbə qazanıb, daha 2 matç heç-heçə ilə yekunlaşıb. Yubiley oyunu öncəsi top fərqində Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv öndədir - 11:6.
Ötən mövsüm də bu komandalar 1/4 finalda qarşılaşmışdılar. Həmin vaxt "Qarabağ" iki oyunun nəticəsində (1:0, 1:1) mərhələ adlamışdı. Ümumilikdə isə iki klubun ölkə kubokunda yolları 5 dəfə kəsişib. 3 dəfə “Qarabağ”, 2 dəfə “Keşlə” duelin qalibi olub. Son 5 görüşdə bakılılar qələbə qazanmayıb.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
16 dekabr (bazar ertəsi)
18:00. “Neftçi” – “Sumqayıt” - 0:1
Qol: Rəhim Sadıxov, 48
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”
20:00. “Qarabağ” – “Keşlə” - 1:0 (İKİNCİ HİSSƏ)
Qol: İsmayıl İbrahimli, 53
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu.