“Qəbələ” klubu futbolçusu İviça Juniçlə əməkdaşlığı davam etdirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, 31 yaşlı xorvatiyalı müdafiəçi cari mövsümün sonuna qədər əyalət təmsilçisinin formasını geyinəcək.
Tərəflər bu ilin yayında 1 illik anlaşsalar da, müqavilədə qış fasiləsində ona xitam verməklə bağlı xüsusi bənd var idi.
Qeyd edək ki, qış fasiləsində sözləşməsinin müddəti baş çatan gürcüstanlı forvard Davit Volkov “Qəbələ”ni tərk edərək “Zirə”yə keçib. Həmçinin gürcüstanlı yarımmüdafiəçi Merab Giqauri və Kot dİvuardan olan hücumçu Kristian Kuakunun da komandadan ayrılma ehtimalı var ("Report").