Türkiyənin "Fənərbaxça" klubunun idman direktoru Damien Komolli vəzifəsindən istea verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə xəbəri klubun rəsmi saytı yayıb.
Fransalı mütəxəssisin istefa verməsinin səbəbi hələlik məlum deyil.
Onun klubdan ayrılması ilə bağlı açıqlanan xəbərdə deyilir: "12 iyun, 2018-ci ildə "Fənərbaxça"da idman direktoru vəzifəsinə başlayan cənab Damien Komolli bu gün istefa verib. Vəzifədə olduğu müddətdə gördüyü işlər üçün ona təşəkkür edir və gələcək karyerasında uğurlar diləyirik".