“Keşlə” klubu qış transfer dönəmində yeni transferini reallaşdırıb.
Sportnet.az klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi futbolçu Aleksandr Kristovaonu heyətinə qatıb. 27 yaşlı anqolalı hücumçu ilə mövsümünün sonuna qədər müqavilə imzalanıb
Qeyd edək ki, Aleksandr Kristovao karyerasına Hollandiyanın “Qroningen” komandasında başlayıb. Anqola milli komandasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanın “Al-Mojzel” komandası olub.