Neftçi” klubu baş məşqçi Roberto Bordinlə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, klub prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib. Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsinə qərar verilib.
Qərara əsasən, baş məşqçi ilə görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub. Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.
"Neftçi” klubu italiyalı mütəxəssisə xidmətləri qarşılığında təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.