Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Keşlə" komandası bu gün növbəti məşqinə çıxıb.
Sportnet.az xəbər verir ki, bir müddət əvvəl zədə alan Stanislav Namaşko və Vüsal İsgəndərli də artıq kollektivlə birgə məşqlərə başlayıblar.
Qeyd edək ki, "Keşlə" sabah yoxlama görüşündə Rusiyanın "Arsenal" klubu ilə qarşılaşacaq.