Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın yeni klubu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) "Baniyas" klubuna keçib. "Qarabağ"dan ayrılan Braziliya əsilli oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.